
“Səbail”in yarımmüdafiəçisi Gitay Sofir Sportinfo.az-a müsahibə verib.
İsrailli futbolçu komandasının səfərdə “Şamaxı”yla bərabərə qaldığı matçdan sonra (1:1) sualları cavablandırıb.
-Heç-heçə ya qələbəyə bərabər olur, ya da məğlubiyyətə yaxın. Sizin üçün hansıdır?
-Həftəboyu bütün diqqətimizi qələbəyə yönəltmişdik və bunun üzərində çalışmışdıq. İlk hissədə tələskənlik istədiyimiz kimi oynamağımıza mane olurdu. İkinci yarıda meydanda lazım olanları etməyə başlayınca, həm qol vurduq, həm də çox yaxşı imkanlarımız oldu. Şans bu dəfə də yanımızda olmadı. Fikrimcə, qələbəyə yaxın idik.
- Bu heç-heçə ilə missiyanın başa çatdığını deyə bilərik?
-Nəzəri baxımdan şanslarımız qalır. Ona görə də əllərimizi yanımıza salmadan sona qədər mübarizə aparacağıq.
- Bundan sonra “Səbail”in elitadakı yerini qoruyacağına həqiqətən inanırsan?
-İdmançı öz gücünə inanmırsa, o, idmançı deyil. Məqsədimiz qarşıdakı üç oyunda qələbə qazanmaqdır. Bunu bacarsaq, bəlkə də hədəfə nail ola bilərik.
-“Səbail”in futbolçuları hər dəfə açıqlama verəndə növbəti oyunlarda qazanılacaq mümkün qələbələrdən danışsalar da, ortada heç nə yoxdur.
-Matçlarımıza baxın, görün, nə qədər qol imkanları yaradırıq. Təkcə son iki matçda azı 5-6 dəfə 100 faizlik şansımız olur. Bu, o deməkdir ki, məşqlərdə işləyirik, futbol oynamağı bacarırıq və məqsədə çatmaq üçün mübarizə aparırıq. Hücum etməsək, qol imkanları yaratmasaq, digər komandalardan zəif olduğumuzu qəbul edərəm. Çatışmayan əsas cəhətimiz qol fürsətlərini boşa verməyimiz və bəzi anlarda şanssızlıq yaşamağımızdır. Topa qapıya daxil olmaq istəmir sanki.
-Növbəti iki oyun “Zirə”ylə “Neftçi”yə qarşıdır. Neçə xala ümid edirsən?
-6 xala.
-“Zirə”ni udmaq?
-Bəli, şəxsən buna inanıram.
-Bildiyimə görə, “Səbail”lə müqavilənin müddəti cari mövsümün sonuna qədərdir. Gələcəklə bağlı nə düşünürsən?
-Hazırda bütün fikrimi “Səbail”ə yönəltmişəm. Premyer Liqada qalaq, sonra nə olacağını zaman göstərəcək.
-Birdən komanda I Liqaya yuvarlandı və rəhbərlik sənə daha az məbləğ qarşılığında oynamağı təklif etdi, onda necə?
-Bunların heç birini düşünmək və təsəvvür etmək istəmirəm. Çünki məqsəd elitada qalmaqdır.
HƏBİB