"Böyük danışmaq istəmirəm, amma..." - Elvin Məmmədov

3 May 19:27 Səbail 345
"Böyük danışmaq istəmirəm, amma..." - Elvin Məmmədov

"Səbail" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, bizi ağır oyun gözləyir. Şamaxı hər komanda üçün çətin səfərdir. Ayxan Abbasovun həmişə döyüşkən komandası olur. Birinci hissədə oyuna tam köklənə bilmədik. Amma ikinci yarıda yaxşı mübarizə aparıb qol vurduq. Qollar da vura bilərdik. Qarşıdakı 3 oyuna hazırlaşacağıq.

- Epizodları dəyərləndirə bilməməyi nə ilə əlaqələndirirsiz?

- Ustalıq səviyyəsi də ola bilər, şanssızlıq da. İdman xoşbəxtliyi də olmalıdır. Uşaqlar həqiqətən də mübarizə apardılar. Keçmiş qaldı keçmişdə. Qaytara bilmərik.

- Rüfət Abdullazadənin əvəzlənməsinin səbəbi nə idi?

- Ağrıları oldu deyə özü istədi.

- 1 xala sevindiniz, yoxsa itirilən 2 xala məyus oldunuz?

- Məşqçiliyə yeni başlamışam. Böyük danışmaq istəmirəm. Amma reallığa baxsaq, həm "Araz-Naxçıvan"la, həm də "Şamaxı" ilə oyunda 2 xal itirdik. Əlbəttə ki, məyus oluruq.

Digər Xəbərlər
Xəbər Lenti