“Səbail” I Liqaya düşsə, o, komandada qalacaq? – Maraqlı açıqlama

2 May 23:00 Səbail 1 468
“Səbail” I Liqaya düşsə, o, komandada qalacaq? – Maraqlı açıqlama

Premyer Liqanı tərk etməyə əsas namizəd “Səbail”dir.

Çempionatın başa çatmasına 4 tur qalmış “dənizçilər” ən yaxın izləyicisi “Kəpəz”dən 7 xal geridədir.

Qısa müddətdə bu fərqi aradan qaldırmaq təbii ki, çətinm görünür.

Maraqlıdır, komanda I Liqaya yuvarlansa, futbolçular “Səbail”i yenidən elitaya qaytarmaq üçün aşağı dəstədə oynamağa razılıq verəcək? Ümumiyyətlə, bunu özlərinə mənəvi borc hesab edirlər?

“Dənizçilər”in serbiyalı legioneri Marko Nikoliç Sportinfo.az-ın suallarını bu cür cavablandırıb:

“Klubla müqaviləmin müddəti 2026-cı ilin yayına qədərdir. Hətta I Liqaya yuvarlansaq belə, rəhbərliklə danışacam.

Məsləhət bilinsə, qalıb komandama kömək edəcəm. Təbii ki, bu, klubun gələcək taleyinə bağlı məsələdir.

“Səbail” bizimlə uğursuzluq yaşayıbsa, bizimlə də qayıtmalıdır. Ancaq yenə deyirəm, bu, tək mənimlə bağlı məsələ deyil.

Rəhbərliklə danışmaq lazım gələcək.İstənilən halda Premyer Liqadakı yerimizi qoruyacağımıza ümid edirəm”.

Bu ilin əvvəlindən Bayıl təmsilçisinin şərəfini qoruyan Marko, Premyer Liqada meydana çıxdığı 11 oyunda 1 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti