
«Səbail»də baş məşqçi səlahiyyətlərini yerinə yetirən Elvin Məmmədov klub rəhbərliyinə müraciət edib.
Martda Cavid Hüseynovu əvəzləmiş keçmiş köməkçisi ona şans verilməsini istəyib.
O, növbəti mövsümdən I Liqada çıxış edəcəyi gözlənilən «dənizçilər»i çalışdırmaq niyyətində olduğunu bildirib.
Söz verib ki, əgər ona etimad göstərilərsə, komandanı yenidən Premyer Liqaya qaytaracaq.
Bayıl təmsilçisi çempionatın geridə qalan 32 turu ərzində 21 xal toplayıb. Bu göstəriciyə əsasən, onlar turnir cədvəlinin son – 10-cu pilləsində «məskun salıb».
SPORTİNFO.AZ