“Başqa komandalardakı futbolçular məndən soruşurlar ki,...” – Söz verdi

30 Aprel 21:20 Səbail 190
“Başqa komandalardakı futbolçular məndən soruşurlar ki,...” – Söz verdi

“Səbail”in legioneri Marko Nikoliç Sportinfo.az-a müsahibə verib.

27 yaşlı serbiyalı müdafiəçi komandasının “Araz-Naxçıvan”la 1:1 hesabı ilə bərabərə qaldığı matçdan sonra sualları cavablandırıb.

- Heç-heçənin işinizə yaradığını demək olar?

-Çətin rəqibə qarşı oynayırdıq. “Araz-Naxçıvan”ın özünəməxsus oyun dəsti-xətti var, medallar uğrunda mübarizə aparır. Fikrimcə, bu cür komandaya qarşı layiqli futbol sərgilədik. Son saniyələrdə ələ düşən imkanı qola çevirə bilsəydik, qələbə bizim olacaqdı. İndiki vəziyyətdə 1 xalla kifayətlənməkdən başqa yolumuz yoxdur. Ancaq bizə qələbə lazım idi.

-Düşünmürsən ki, qaçırılan qol imkanı həm də Premyer Liqada qalmaq şansını əldən çıxması deməkdir.

-Razıyam, çox şey itirdik. Qalib gəlsəydik, “Kəpəz”lə xal fərqi 5-ə enəcəkdi. Bu isə bizim üçün böyük üstünlük sayıla bilərdi. Tək həmin epizod yox, ümumiyyətlə, bu matçda bir neçə imkanı dəyərləndirə bilmədik. Bəxtsizlik bizdən əl çəkmir, top qapıya daxil olmaq istəmir.

-Yekun nəticənin oyuna görə olduğunu düşünürsən?

-Tək bu gün yox, son oyunların çoxunda qalib gəlməli olduğumuz halda, vacib xallar itirmişik “Zirə”ylə görüşün 96-cı dəqiqəsində qol buraxdıq. Bu gün Rüfət Abdullazadənin cərimə zərbəsindən sonra top tirə tuş gəldi. Madi Quetanın zərbəsi istədiyi kimi alınmadı. Başqa komandalarda tanıdığım futbolçular məndən soruşurlar ki, o cür futbol göstərib, necə uduzursuz axı? Deyirəm, özümüz də başa düşə bilmirik. Sizi əmin edirəm, “Səbail” sonuncu pillədə olmağı haqq etmir.

-“Səbail”iin Premyer Liqadakı yerini qorumaq şansı nə qədərdir?

-Azdır, ya çoxdur, bu barədə nəsə deyə bilmərəm. Futbolda hər şey mümkündür. Bir şeyi bilirəm ki, elitada qalmaq üçün gücümüzün 100 faizini ortaya qoyacağıq. Bəlkə də 100 faizdən daha artığını. Bunu komandamızın adından söz verirəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!