Premyer Liqa komandası “hospital”a döndü! - PROBLEM

17 Fevral 2025 16:40 Səbail 1 341
Premyer Liqa komandası “hospital”a döndü! - PROBLEM

Premyer Liqada 23-cü turun sonuncu oyununda “Səbail” “Sabah”ı qəbul edəcək.

“Dənizçilər” meydana itkilərlə çıxacaq.

Əməliyyatdan sonra bərpa dövrü keçən Amir Bilali, Ayman Buali və Cabir Əmirli qarşılaşmanı kənardan izləyəcəklər.

Yeni transfer Marko Nikoliç də zədəsini sağaltmaqla məşğuldur.

Maraqlıdır ki, qonaqlar da bəzi futbolçuların xidmətindən yararlana bilməyəcək. Sofyan Çakla cəzalı, Ayaz Quliyev zədəlidir.

Zədəsini sağaldan Namiq Ələsgərov, Con İrazabal və Coy-Lens Mikelsin süni örtüklü meydanda əsas heyətdə yer alacağı inandırıcı görünmür.

Fevralın 17-də “ASCO Arena” gerçəkləşəcək qarşılaşma 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti