Yayda müqavilə bağlayan müdafiəçiyə qapını göstərdilər

26 Dekabr 2024 14:40 Səbail 2 533
Yayda müqavilə bağlayan müdafiəçiyə qapını göstərdilər

«Səbail»in baş məşqçisi Cavid Hüseynov islahata start verib.

Bayıl klubu bu ilin yayında sıralarına qatdığı Vüsal Məsimova qapını göstərib.

Noyabrda sükan arxasına keçən çalışdırıcı «Kəpəz»dən gəlmiş müdafiəçinin komandaya yararlı olmadığı barədə rəhbərliyə raport verib.

2000-ci il təvəllüdlü oyunçunun «dənizçilər»lə müqaviləsi gələn ilin yayınadək idi. «Səbail» Hüseynovun bu qərarına görə ona təzminat ödəməli olacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti