Şimali Makedoniya yığmasının qapıçısı Premyer Liqamızdan təklif aldı

25 Dekabr 2024 13:00 Səbail 3 197
Şimali Makedoniya yığmasının qapıçısı Premyer Liqamızdan təklif aldı

Şimali Makedoniya yığmasının qapıçısı İqor Aleksovski karyerasını Azərbaycanda davam etdirmək fürsəti yaxalayıb.

«Səbail» ona təklif göndərib.

Premyer Liqanın geridə qalan 18 turunda qapısından 30 top buraxan «dənizçilər» daha Hüseynəli Quliyevə güvənmək istəmir.

Yeni baş məşqçi Cavid Hüseynov yerli «əlcək sahibi»ndən narazıdır və «çərçivə»ni əcnəbiyə tapşırmaq yönündə fəal iş aparır.

Aleksovskinin 29 yaşı var. O, 2022-ci ildən bəri ölkəsində «Rabotniçki»nin formasını geyinir.

Öncələr Şimali Makedoniyanın U-18, U19 və U-21 yığmalarının formasını geyinmiş qapıçı 2 ildir əsas milliyə dəvət alır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!