“Səbail” zədə bəlasından qurtula bilmir.
Mövsümün gedişində ağır xəsarət alan Amir Bilali ilə Ayman Buali məcburiyyətdən əməliyyat masasına uzanmaq məcburiyyətində qalmışdı.
Hər iki futbolçu məşqlərə gələn il başlayacaq.
Daha bir əməliyyat xəbəri isə Cabir Əmirlinin adı ilə bağlıdır.
Məşqdə bəxtsiz şəkildə zədələnən 27 yaşlı futbolçunun durumu qənaətbəxş deyil.
Həkimlərin müayinəsindən sonra Əmirlinin də əməliyyat olunmasının vacibliyi qeyd olunub.
O da yaşıl meydanlardan azı 1 ay uzaq qalacaq.
HƏBİB / SPORTİNFO.AZ

