COP29

“Səbail”in “50”si

6 Dekabr 2024 03:10 Səbail 396
“Səbail”in “50”si

“Səbail” Azərbaycan Kubokunda 50-ci qolunu vurub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/8 finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib.

2:0 hesabı ilə qalib gələn “dənizçilər”in ilk qolu yubiley xarakteri daşıyıb. Bu topa Emin Rüstəmov imza atıb. Paytaxt təmsilçisi 26-cı kubok görüşündə qol sayını 51-ə yüksəldib.

Turnirdə debütü 2016/2017 mövsümünə təsadüf edən “Səbail” kubokda 50 və ya daha çox qol vuran 19-cu komanda olub.

Digər Xəbərlər
Xəbər Lenti