Cavid Hüseynov ağrımayan sakit başını dərdə saldı!

20 Noyabr 2024 16:40 Səbail 2 573
Cavid Hüseynov ağrımayan sakit başını dərdə saldı!

“Səbail”də baş məşqçi postunda Şahin Diniyevi əvəzləyən Cavid Hüseynovun başı dərddədir.

Gənc mütəxəssis komandasındakı zədə epidemiyasını görərək şoka düşüb.

Belə ki, “dənizçilər”in həftəiçi məşqlərində Madi Queta, Gitay Sofir və Ayman Buali iştirak etmir. Bu legionerlərin hamısı “Qarabağ”la oyunu kənardan izləyəcəklər.

Amir Bilali və Fərid Nəbiyev fərdi çalışmalardan sonra kollektiv hazırlıqlara yeni qoşulublar. Onların həftəsonu oynayıb-oynamayacaqları dəqiq deyil.

Noyabrın 23-də “ASCO Arena”da keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşması saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti