Klub sahibi “kisənin ağzını açdı” – Oradan nə qədər pul çıxdı?

11 Sentyabr 2023 19:00 Səbail 1 377
Klub sahibi “kisənin ağzını açdı” – Oradan nə qədər pul çıxdı?

Premyer Liqada mövsümə məğlubiyyətlə başlayan “Səbail” son 3 turda vəziyyəni nisbətən düzəldə bilib.

“Dənizçilər” səfərdə “Neftçi” ilə 1:1 edib, “Turan”a 3:1, “Qarabağ”a 2:1 hesabıyla qalib gəlib.

Xallarının sayını 7-yə çatdıran Bayıl təmsilçisi turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Qeydə alınan nəticələrin komanda üzvlərinə nə qədər pul qazandırması da məlumdur.

Belə ki, ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev himayədarı olduğu klubun oyunmularına nə az, nə çox, düz 6000 manat mükafat verib.

Bunun 1000-i “Neftçi” ilə oyunun, 2000-i “Turan”, 3000-i də “Qarabağ”la qarşılaşmanın payına düşür.

SPORTİNFO.AZ

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”