“Barselona” ilə qarşılaşma Azərbaycan çempionunu, görün, nə qədər VARLANDIRA bilər!

13:00 Sabah 977
“Barselona” ilə qarşılaşma Azərbaycan çempionunu, görün, nə qədər VARLANDIRA bilər!

“Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirəcək.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda “Barselona”nı qəbul edəcək.

Liqa mərhələsinin 5-ci turunun qarşılaşması Bakı Olimpiya Stadionunda, saat 21:45-də start götürəcək.

“Sabah” hazırda 3 xalla 30-cu yerdədir. “Mançester Yunayted” (0:4), “Borussiya” (Dortmund) (1:2) və “Vikinq”ə (1:4) uduzan Azərbaycan təmsilçisi “Slaviya”ya (Çexiya) qalib gəlib – 2:0. “Barselona” isə 9 xalla 8-ci pillədə qərarlaşıb.

“Bayquşlar“İspaniya nəhəngindən xal alsa, bu, gecənin ən böyük sensasiyası olacaq. Qələbə isə… əsl möcüzə sayılacaq.

“Sabah“ın futbolçularının varlanmaq fürsəti yaranıb. “Barsa“nı Bakıda büdrədərlərsə, böyük miqdarda mükafat alacaqlar.

3 xalın qarşhılığında adambaşı 250 min dollardan qazana bilərlər. Heç-heçə müqabilində isə 120-150 min dollar əldə edəcəklər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!