“Fənərbaxça”nın vingeri Meyson Qrinvud Avropanın bir neçə klubunun maraq dairəsinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli PSJ, “Napoli” və “Atletiko”nun diqqət mərkəzindədir.
İstanbul təmsilçisi isə 24 yaşlı oyunçu ilə yollarını ayırmağı planlaşdırmır. Bununla belə, 75 milyon avronu aşan sərfəli təklif qarşısında klubun mövqeyini dəyişə biləcəyi bildirilir.
Qrinvud cari mövsümdə Türkiyə Super Liqasında 11 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.
Onun transferində maraqlı olan klublardan “Napoli” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda “Sabah”ın qonağı olacaq.
