"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq UEFA Çempionlar Liqasının "Sabah"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Sportinfo.az niderlandlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
- Flik sizə "Sabah" haqda nə deyib?
- Oyuna yaxşı başlamaq çox vacibdir. Sabahkı matçda rəqib müdafiədən oynayacaq. Biz də öz növbəmizdə həmişə olduğu kimi daha yaxşı oynamalıyıq ki, qalib gələk.
- "Barselona"da start heyətində oynayırsan. Rodrinin gəlişindən sonra isə fərqli mövqelərdə çıxış edirsən...
- Zədəli idim. Artıq geri qayıtmışam, özümü yaxşı hiss edirəm. Baxacağıq, görək necə olacaq. İndi özümü yaxşı və özgüvənli hiss edirəm. Çalışacağıq ki, ən yaxşısını edək. Belə oyunlar bizim üçün məşq kimi ola bilər.
- Sabah Lamin Yamal olmayacaq. Bu haqda fikrin necədir? Sabah onun olmaması komanda üçün fürsətdir?
- Yamalın yoxluğu hiss ediləcək. Çox istedadlı oyunçudur, böyük təhlükəni təkbaşına yarada bilir. Elə matçdır ki, digərləri bu cür təhlükə yarada bilmir. Sabah yoxluğu hiss olunacaq. Amma çox oyunçularmız var ki, sabah onu əvəz edəcək.
- Ötən həftə “Vilyarreal”la oynadınız, sabah “Sabah”ın qarşısına çıxacaqsınız. Bazar günü isə “Deportivo” ilə oynaycaqsınız. Bir həfətdə ağır rejimdə oynamaq nə dərəcədədə ağırdır
- Artıq bu cür rejimdə oynamağa öyrəşmişik. Son illərdə bu rejimdə oynayırıq. Bir həfətdə 2-3 oyun oynayırıq. Təbii ki, çətindir. Amma yaxşı hazırlaşırıq. Sabahkı matça da hazırlaşırıq. Ümid edirik ki, sabaha hazır olacağıq. Müəyyən mənada yorğunluq var.
