“Sabah”ın müdafiəçisi “Barselona”nın düşərgəsində kiminlə görüşdü? - FOTO

12:40 Sabah 92
“Sabah”ın müdafiəçisi “Barselona”nın düşərgəsində kiminlə görüşdü? - FOTO

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç “Barselona”nın qolkiperi Voysex Şesnı ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, onlar ötən gün komandaların baş tutan açıq məşqləri arasındakı fasilədə bir-biri ilə söhbətləşiblər.

Polşa millisindən komanda yoldaşları olan futbolçuların görüşündən fotonu Puxaç instaqram hesabında paylaşıb.

Çempionlar Liqasının Liqa mərəhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Barselona” görüşü bu gün saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 18:10 Çək və bizə göndər!