“Buraya gələn özbəklərdən çoxunu görürəm. Mənə xoşdur ki, burada özbəklər çoxdur, mənim üçün gəliblər”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev Çempionlar Liqasının əsas mərhələsində İspaniya təmsilçisi “Barselona”ya qarşı keçirəcəkləri matçdan öncə deyib.
“İnşallah, ümid edirəm ki, yaxşı oyun olacaq. Sabahkı oyunda daha yüksək performans göstərəcəyik”, - deyə o əlavə edib.
“Sabah” - “Barselona” matçı bu gün Bakı Olimpiya stadionunda, saat 21:45-də baş tutacaq.
