Azərbaycanlı baş məşqçi “gedib problem yaşayırlar, onu qoruyuruq“ dedi

20 Yanvar 2022 14:20 Səbail 975
Azərbaycanlı baş məşqçi “gedib problem yaşayırlar, onu qoruyuruq“ dedi

“Klubumuza onunla bağlı digər klublardan rəsmi təkliflər var“.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Səbail“in baş məşqçisi Aftandil Hacıyev dilə gətirib.

O, adı “Qəbələ” və Yunanıstandan “Olimpiakos Volos” ilə hallanan müdafiəçi Turan Manafovu komandada saxlamaq istədiklərini deyib:

“Onun gələcəyi üçün nəyin daha xeyirli olacağı barədə çox düşünürük. Bilirsiz ki, gənc futbolçudur və ilk dəfə legioner həyatı yaşayacaq.

Klub olaraq Turana sahib çıxmaq istəyirik. Həm hazırda bizimlə müqaviləsi var, həm də bilirsiz ki, Yunanıstana gedib, bir çox problemlərlə üzləşən futbolçularımız da var.

Bu kimi hallar baş verməsin deyə, onu qoruyuruq. Hazırda danışıqlar gedir. Ola bilər ki, icarə əsasında çıxış etsin.

Bu müddət ərzində həm biz, həm də özü prosesin necə irəlilədiyinin və necə inkişaf etdiyinin fərqində olaq.

Yekun olaraq, Turanın keçidi ilə bağlı prosesdə ona xeyirli olacaq qərarı verəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti