İlkin Fikrətoğlu: Nəhəng sponsor da bu klubu xilas etmədi - VİDEO

21 İyun 2025 14:00 Səbail 4 519
İlkin Fikrətoğlu: Nəhəng sponsor da bu klubu xilas etmədi - VİDEO

“Səbail” mövsümü 3 baş məşqçiylə keçirən yeganıə komanda oldu.

Klubun normal - 7 milyon 800 min manatlıq büdcəsi, arxasında ASCO - “Xəzər Dəniz Gəmiçiliyi” kimi nəhəng sponsor, gəl ki, bütün bunlar onları I Liqaya düşməkdən xilas etmədi.

ASCO hər il böyük pullar xərcləyib, istənilən nəticəni almamaqdan yorulub artıq. Yarıtmaz idarəçiləırin ümidinə qalan klubdan əlini çəkməyə səbəb-bəhanə axtarır.

Qışdakı sujetimdə dediyim kimi , ”Səabil” ASCO-nun batmağını arzuladığı yeganə gəmisidir. Noyabrın 3-də Şahin Diniyev 12 oyundan 7 xal toplayıb, 9-cu yerdə gedən “Səbail”lə vidalaşdı.

Gözlənilmədən Cavid Hüseynov özü demişkən, isti yeriin soyuq edib, “Turan Tovuz”dan - Kurban Berdiyevın köməkçiliyindən “Səbail”in baş məşqçiliyinə gəldi.

Amma 4 ay sonra “Səbail” rəhbərliyi onu da yola saldı. Artıq komanda sonuncu pillədə idi.

Cavid Hüseynovun media qarşısında klubla bağlı bəzi həqiqətləri deməsi, tənqidi fikirlər söyləməsini həzm edə bilmədi rəhbərlik.

Cavidin əvəzinə dostu Elvin Məmmədovun təyinatı isə dostlar arasında incik nəticəəndi. Elvin Mmmədov da batan gəmini xilas edə bilmədi.

Doqquz oyunda 1 qələbə qazanmadan cəmi 4 heç-heçə etdi.

Məmmədov məşqçi bacarığını yeni mövsümdə I Lliqada göstərməlidir. Sosial şəbəkələrdə əksəriyyət “Səbail”in I Lqaya düşməsini sevinclə qeyd edir.

Amma nuna sevinmıək laızm deyil. Tutaq ki, “Səbail”i AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayev - özü dediyi kimi, uşağın (yəni oğlunun) başını qatmaq üçün yaradıb.

İndi ortalıqda nə uşaq var, nə həmin ata. Hətta deyilənə görə, Rövnəq Abdullayevə təklif olunub ki. “Səbail”ə sponsorluq etsin, razılıq verməyib.

O da var ki, “Səbail”in Premyer Liqaya gəlişi də qayda-qanunla, halallıqla olmayıb,

2017-ci ildə Elxan Məmmədovun at oynatdığı AFFA çempion “Turan Tovuz”u lisenziya bəhanəsiylə kənara qoyub, ikinci yeri tutan “Səbail”i Premyer Liqaya buraxmışdı.

Amma bunları yazaq həmin vaxt söz sahibi olan şəxslərin vicdanına! İndi klubun az-çox infrastrukturu var, akademiyası var, uşaqlar məşq edir, aralarında istedadlılar da yəqin var. Belədə niyə “Səbail”in dağılmasını arzulamalıyıq?

Bizim futbolda nə qədər normal klub var ki..?

Rayon təmsilçilərini deyirsizsə,.I və II Liqadan danışanda, əksəriyyəti kolxoz komandası səviyyəsindədir. Nə normal büdcələri var, nə normal idarəçiləri.

“Səbail” isə az-çox peşəkar klub kimi formalaşıb. “Şamaxı”nın, “Qəbələ”nin etdiyi kimi, onlar da bir mövsümə aşağı liqadan elitaya qayıda bilərlər.

Kim rayonda klub yaratmaq istəyirsə, qarşısını kəsən yoxdur, gedib yaratsın. Bunun üçün “Səbail”i dağıtmağa ehtiyac yoxdur.

Bu Azərbaycan Premyer Liqasında 10 komandalı sonuncu mövsüm idi. Getsin, bir də gəlməsin.

Yeni mövsümdən bizi 12 komandalı Premyer Liqa gözləyir. Avqustda görüşərik!

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti