Azərbaycanda 9 yaşlı klub fəaliyyətini dayandırır? - VİDEO

5 May 2025 16:00 Səbail 4 453
Azərbaycanda 9 yaşlı klub fəaliyyətini dayandırır? - VİDEO

«Premyer Liqanın hər ötən turu bu klubu Birinci Liqaya yaxınlaşdırır. Gerçəkliklə onların istəkləri üst-üstə düşmür»

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində «Səbail»in perspektivindən danışıb.

Bildirib ki, «dənizçilər»in gələcəyi dumanlı görünür.

Tanınmış teleşəhrçi qeyd edib ki, klubun fəaliyyətini dayandıracağına dair iddialar yayılıb və belə gedişlə, onlar heç aşağı dəstədə də mübarizə aparmayacaq.

Abbasov vurğulayıb ki, «Səbail»ə maliyyə dəstəyi lazımdır, bu olmadıqda isə mövcud akademiyanı saxlamaq, böyük işçi heyətini saxlamaq müşkül məsələdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti