
«Xəzər Dəniz Gəmiçiliyi» (ASCO) yenidən “Səbail”in sponsoru ola bilər.
Cari ilin əvvəlindən klubun üzərindən əlini çəkən Rauf Vəliyevin bunun üçün 1 şərti var.
O, yaxın adamları vasitəsilə “dənizçilər“i həmin şərtlə tanış edib.
Bildirilib ki, əgər hazırkı funksionerlər vəzifəsi ilə vidalaşsa, sponsorluq dəstəyini bərpa eləyəcək. Əks halda isə 9 il öncə başlayan tərəfdaşlıq müqaviləsi yenilənməyəcək.
Premyer Liqada yerini itirən «Səbail» çıxılmaz vəziyyətə düşüb. 2016-cı ildə yaradılmış klubun I Liqada iddialı olub-olmayacağı hələ naməlumdur.
İdarəçilər növbəti mövsümlə bağlı planlarını korrektə etmək üçün iki dəfə «Xəzər Dəniz Gəmiçiliyi»nə (ASCO) üz tutub. Lakin ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev hər iki halda onlarla görüşmək istəməyib.
«Xəzər Dəniz Gəmiçiliyi» 9 ilə yaxındır ki, Bayıl təmsilçisinin əsas himayədarıdır. Tərəflər arasında bağlanmış sponsorluq müqaviləsi may ayının sonunda başa çatacaq.
R.Vəliyev bu mövsüm faktiki olaraq «Səbail»i diqqətdən kənarda saxlayıb. «Dənizçilər»ə ayrılan büdcəni azaldıb, oyunlara gəlməyib.
Ötən illərdə, adətən, hər oyunu VİP-lojadan izləyən sədr ASCO-nun da adını hər yerdən sildirib. Həm stadionun özündən, həm də komandanın formasından.
SPORTİNFO.AZ