“Qorxaq çıxış bizə yaraşmaz”

30 May 2019 12:24 Sambo 903
“Qorxaq çıxış bizə yaraşmaz”

Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev gənclərdən ibarət yığmalarımızla görüşüb.

Sportinfo.az xəbər verir ki, AGF-nin rəhbəri iyunun 3-dən 9-dək İspaniyanın Pontevedra şəhərində keçiriləcək gənclərin Avropa çempionatında çıxış edəcək millilərimizin heyətini açıqlayıb.

Qurumun başçısı bütün pəhləvanlara qitə birinciliyində uğurlar arzulayıb: "İdmanda udmaq da olar, uduzmaq da.

Ancaq məğlub olanda da gərək mübarizə aparasan. Heç bir əzmkarlıq göstərmədən, qorxaq çıxış etmək bizim güləşçilərimizə yaraşmaz.

Uzun yol qət etdikdən sonra çıxıb ilk görüşdə uduzmaq əziyyətin boşa getməsi deməkdir. Hər bir şəxs əzmkarlıq göstərməlidir.

Kifayət qədər təcrübəniz var. Böyüklərə keçidə bir addım qalıb. Aranızdan bəzi güləşçilər böyüklər arasında keçirilən yarışlarda da çıxış edib və nəticə qazanıb.

Əsas yığmaya cəlb olunmaq adına bu Avropa çempionatı önəmli rol oynayır. Kişi kimi mübarizə aparmaq lazımdı".

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...