Pulu son qəpiyinədək ödə, sonra səni yuxarı başa keçirək!

13 May 2017 00:46 Şahmat 821
Pulu son qəpiyinədək ödə, sonra səni yuxarı başa keçirək!

Beynəlxalq Şahmat Federasiyası (FIDE) İran Şahmat Federasiyasının quruma üzvlüyünü dayandırıb. Sportinfo.az xəbər verir ki, sanksiya iranlıların Tehranda keçirilən qadınlar arasında dünya çempionatının müqabilində tam pul kompensasiyası ödəyəcəkəri vaxta qədər qüvvədə qalacaq.

Qərar FIDE-nin Prezident Şurası tərəfindən qəbul olunub. İran bu müddətdə FIDE-nin reytinq turnirlərini təşkil edə, ölkədə qeydiyyatda olan şahmatçılar beynəlxalq qurumun bayrağı altına keçiriləcək yarışlara qatıla bilməyəcəklər. Sanskiya iranlı hakimlərə də şamil olunur.

Qərar hazırda davam edən turnirlərə aid edilmir. Qadın şahmatçılar arasında dünya çempionatı 2017-ci il fevralın 11-dən martın 4-dək Tehranda keçirilib. Çin şahmatçısı Tan Çjunyi yarışın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i