Azərbaycan yığmasının üzvü "Sibir-Sirius"un heyətində

11 May 2017 00:46 Şahmat 751
Azərbaycan yığmasının üzvü "Sibir-Sirius"un heyətində

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov son 11 gün ərzində ikinci yarışın qalibi olub. Sportinfo.az-ın məlumatına görə, 32 yaşlı qrossmeyster bu dəfə "Sibir-Sirius"un heyətində Rusiya çempionu olub.

7 turluq mübarizənin yekununda Məmmədyarovun komandası 14 xalla 1-ci yeri tutub. "Sibir-Sirius" ən yaxın izləyicisi ŞSM-i 3 xal geridə qoyub. Azərbaycan şahmatçısı aprelin 30-da Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017"nin qalibi olub.

Qalib komandanın heyətində Məmmədyarovdan əlavə, keçmiş dünya çempionu Vladimir Kramnik, eləcə də Aniş Giri, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Dmitri Andreykin, Anton Korobov və Denis Xismatullin yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR