Məmmədyarov ardıcıl ikinci dəfə "ShamkirChess"in qalibi oldu

1 May 2017 00:40 Şahmat 546
Məmmədyarov ardıcıl ikinci dəfə "ShamkirChess"in qalibi oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" turnirinin ardıcıl ikinci dəfə qalibi olub. Sportinfo.az-ın məlumatına görə, 32 yaşlı zəka sahibi buna son turda ağ fiqurlarla bolqar Veselin Topalovla etdiyi heç-heçə sayəsində nail olub. Xallarını 5,5-ə çatdıran Məmmədyarov bütün rəqiblərini geridə qoymağı bacarıb.

Turun digər görüşlərində Azərbaycanın daha bir təmsilçisi Teymur Rəcəbov rusiyalı Sergey Karyakinlə, hindistanlı Pentala Harikrişna ABŞ-dan olan Uesli So ilə, ingiltərəli Maykl Adams polşalı Radoslav Voytaşeklə xalları yarı bölüb - 0,5:0,5. Ukraynalı Pavel Elyanov isə ağ fiqurlarla rusiyalı Vladimir Kramnikə uduzub - 0:1.

Bu nəticələrdən sonra Məmmədyarovdan yarım xal geri qalan Kramnik, So və Topalov 2 - 4-cü yerləri tutub. Hərəyə 4,5 xala malik Karyakin, Voytaşek və Adams 5 - 7-ci yerlərdə qərarlaşıbsa, Rəcəbov 4 xalla 8-ci olub. Son iki pillədə isə hərəyə 3,5 xalı olan Elyanovla Harikrişna qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR