Şəhriyar Məmmədyarov Şəmkirdə məğlubiyyətlə üzləşdi

30 Aprel 2017 12:12 Şahmat 712
Şəhriyar Məmmədyarov Şəmkirdə məğlubiyyətlə üzləşdi

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2017" turnirində VIII tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov turnirdə ilk dəfə məğlubiyyətlə üzləşib. O, qara fiqurlarla polşalı Radoslav Voytaşekə uduzub - 0:1.

Məğlubiyyətə baxmayaraq, Məmmədyarov liderliyini qoruyub. Buna hesabat turunadək 2 - 4-cü yerləri bölüşən bolqarıstanlı Veselin Topalovun ağ fiqurlarla hindistanlı autsayder Pentala Harikrişnanı, ABŞ təmsilçisi Uesli Sonun azərbaycanlı Teymur Rəcəbovu yenə bilməməsi, ingiltərəli Maykl Adamsın isə qara fiqurlarla rusiyalı Vladimir Kramnikə uduzması səbəb olub. Daha bir qarşılaşmada isə rusiyalı Sergey Karyakin ukraynalı Pavel Elyanovu üstələyib - 1:0.

8 turdan sonra xal durumu:
1. Məmmədyarov - 5
2 - 3. Topalov, So - hərəyə 4,5
4 - 7. Kramnik, Karyakin, Adams, Voytaşek - hərəyə 4
8 - 9. Rəcəbov, Elyanov - hərəyə 3,5
10. Harikrişna - 3.

Bu gün son turda Məmmədyarov - Topalov, Harikrişna - So, Adams - Voytaşek, Elyanov - Kramnik, Rəcəbov - Karyakin görüşləri keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i