Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edərək liderliyini qorudu

29 Aprel 2017 00:40 Şahmat 584
Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edərək liderliyini qorudu

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2017" turnirində VII tura yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, turun heç bir görüşlərində qalib gələn olmayıb. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ağ fiqurlarla ingiltərəli Maykl Adamsla, Teymur Rəcəbov bolqar Veselin Topalovla heç-heçə edib. Pavel Elyanov (Ukrayna) - Uesli So (ABŞ), Sergey Karyakin (Rusiya) - Vladimir Kramnik (Rusiya) və Pentala Harikrişna (Hindistan) - Radoslav Voytaşek (Polşa) qarşılaşmaları da eyni hesabla nəticələnib - 0,5:0,5.

Yeddi turdan sonra Məmmədyarov 5 xalla liderdi. Hərəyə 4 xala malik Topalov, So və Adams 2 - 4-cü yerləri bölüşür. Elyanov 3,5 xalla 5-ci pillədə qərarlaşıbsa, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek 3 xalla 6 - 9-cu, Harikrişna 2,5 xalla 10-cu yerdədi. Aprelin 29-da keçiriləcək 8-ci turda Voytaşek Məmmədyarovla, So Rəcəbovla, Kramnik Adamsla, Topalov Harikrişna ilə, Karyakin isə Elyanovla üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR