"Özü qələbə qazanmağıma kömək etdi, ciddi səhvə yol verdi"

22 Aprel 2017 15:12 Şahmat 557
"Özü qələbə qazanmağıma kömək etdi, ciddi səhvə yol verdi"

"Maraqlı oyun izlədik. Debüt "ev tapşırığı" idi. Əslində Soya qarşı heç-heçəyə hazırlaşmışdım" - Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So üzərində qələbədən sonra mətbuat konfransında deyib.

Məmmədyarov bildirib ki, Sonu turnirin reytinq favoriti hesab edib: "Onunla ehtiyatlı olmaq lazımdır. Uesli So özü qələbə qazanmağıma kömək etdi. Partiyanın sonunda ciddi səhvə yol verdi. Bu səhvi görməmək olmur. Həmin gedişdən istifadə edərək qələbə qazandım. Şəmkir turnirinə qələbəylə başladığıma görə sevinirəm. Rəqibin üstünlüyü var idi. Ona görə partiya zamanı qələbə haqqında düşünmürdüm".

Əslən Filippindən olan Uesli So isə Şəhriyar Məmmədyarovla görüşdə üstün vəziyyətdə olduğunu bildirib: "Üstünlüyüm var idi. Qələbə üçün bir neçə dəqiq gediş etməliydim. Məmmədyarov yaxşı şahmatçıdır. Səhvdən istifadə etdi. Ağ fiqurlarla məğlub olmaq ciddi məsələdir. Sonuncu dəfə 2015-ci ildə İspaniyada keçirilən turnirdə məğlub olmuşam. Bilbao superturnirindən sonra uduzmamışdım. Uğurlu seriyam başa çatdı. Qarşıda 8 tur var. Əsas mübarizə irəlidədi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR