Azərbaycan millisi üçün "Dubay Open"də uğursuz tur

11 Aprel 2017 12:12 Şahmat 558
Azərbaycan millisi üçün "Dubay Open"də uğursuz tur

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan sayca 19-cu "Dubay Open" şahmat turniri başa çatmaq üzrədi. Sportinfo.az xəbər verir ki, 8-ci turda Azərbaycan şahmatçıları uğursuz çıxış sərgiləyib. Təmsilçilərimizdən yeganə qələbəni Vüqar Əsədli qazanıb. O, Hindistan şahmatısını məğlub edib.

Rəvan Əliyev, Nərmin Xələfova, Vüsal Abbasov Hindistan, Əhməd Əhmədzadə Çin, Eltac Səfərli isə Serbiya şahmatçılarına uduzub. Nail Bəşirli ilə Nicat Abbasov isə turu heç-heçə ilə tamamlayıb. Bəşirli çinli, Abbasov isə hindistanlı rəqibləri ilə xalı yarı bölüb.

Bu turdan sonra Eltac Səfərli 39-cu sıraya düşüb. Akitivində 5 xal olan qrossmeysterimiz liderlərdən bir qədər də aralı düşüb. 5 xal toplayan digər təmsilçilərimizdən Vüqar Əsədli 47-ci, Nicat Abbasov 51-ci pillədə qərarlaşır. 4.5 xalla Nail Bəşirli 80, Əhməd Əhmədzadə 82-cidi. 4 xala malik Nərmin Xələfova 110-cu, Rəvan Əliyev 3.5 xalla 126-cı sıradadı. Vüsal Abbasov isə 3 xalla siyahını "qapayır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR