Bu ay Şəmkirə yollanacaq dünya ulduzlarının adları dəqiqləşdi

4 Aprel 2017 00:46 Şahmat 662
Bu ay Şəmkirə yollanacaq dünya ulduzlarının adları dəqiqləşdi

Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq superturnirə qatılacaq şahmatçıların adları dəqiqləşib. Turnirin mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutacaq Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 qrossmeyster mübarizə aparacaq.

Superturnirdə azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ilə yanaşı Uesli So (ABŞ), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya), Sergey Karyakin (Rusiya), Maykl Adams (İngiltərə), Pentala Harikrişna (Hindistan), Pavel Elyanov (Ukrayna), Radoslav Voytaşek (Polşa), eləcə də Veselin Topalov (Bolqarıstan) iştirak edəcək.

XXI kateqoriyalı superturnirin reytinq favoriti ABŞ təmsilçisi Uesli So olacaq. Qrossmeyster hazırda Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində 2822 xalla 2-ci pillədə qərarlaşıb. Turnirin təntənəli açılış mərasimi aprelin 20-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 30-da yekun vurulacaq. 2014 və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) yarışın qalibi olub. Ötənilki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i