Şəhriyar Məmmədyarov ABŞ-lı şahmatçı ilə heç-heçə etsə də, zirvədə yerini qorudu

23 Fevral 2017 00:46 Şahmat 1 033
Şəhriyar Məmmədyarov ABŞ-lı şahmatçı ilə heç-heçə etsə də, zirvədə yerini qorudu

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Sportinfo.az-ın məlumatına görə, bu gün baş tutan 5-ci turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov amerikalı Hikaru Nakamura ilə qarşılaşıb. Görüş bərabərliklə nəticələnib.

“Şah”ın ağ fiqurlarla oynadığı partiyada rəqiblər 29-cu gedişdə sülhə razılaşıblar. Bu nəticə ilə aktivindəki xalları 3.5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub. Belə ki, hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də heç-heçə etdiyindən, üçüncü yerdə qərarlaşmış Nakamura da təmsilçimizlə sülh bağladığından ilk pillədə heç bir dəyişiklik olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i