Rauf Məmmədov və Nərmin Xələfova "Aeroflot open-2017"yə qatıldı

22 Fevral 2017 09:48 Şahmat 670
Rauf Məmmədov və Nərmin Xələfova "Aeroflot open-2017"yə qatıldı

Moskvanın “Kosmos” mehmanxanasında “Aeroflot open 2017” beynəlxalq şahmat festivalı start götürüb. Sportinfo.az xəbər verir ki, iştirakçıların reytinqinə uyğun təşkil edilən bu turnirlərin hər biri (“A”, “B” və “C”) 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir.

Bunların arasında 2550-dən yuxarı reytinq xalı tələb olunan və adətən ən güclü şahmatçıların iştirak etdiyi “A” qrupu daha çox maraq doğurur. Yarışın mükafat fondu 140 min avrodur. Festival çərçivəsində keçiriləcək 3 turnirə 313 şahmatçı, o cümlədən 100 qrossmeyster qatılıb.

Əsas “A” turnirində Azərbaycanı Rauf Məmmədov təmsil edir. “B” turnirində 109 şahmatçı, o cümlədən 19-nun qrossmeyster iştirak edir. Bu qrupda bizdən Nərmin Xələfova mübarizə aparır. Festival çərçivəsində 3 açıq turnirlə yanaşı, blits-turnir də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR