Hicaba görə millidən qovuldu

21 Fevral 2017 20:12 Şahmat 606
Hicaba görə millidən qovuldu

İran şahmatçısı Dorsa Derəhşani yarışlardan birində hicab taxmadığına görə yığmadan uzaqlaşdırılıb. 18 yaşlı idmançı İspaniyada təhsil alır və yarışda iştirak üçün müstəqil müraciət edib. Sportinfo.az xəbər verir ki, onun kiçik qardaşı Borner Derahşanini də komandadan uzaqlaşdırmaq cəzası gözləyə bilər. Qardaşının komandadan uzaqlaşdırılmasına səbəb isə İsrail komandasının üzvünə qarşı oynamağı qəbul etməsi olub.

İran Şahmat Federasiyasının prezidenti Mərdad Pəhləvanzadə məsələyə münasibət bildirərkən “Bu adamlarla mübarizədə ilk addım onları komandadan uzaqlaşdırmaqdır. Çünki onlar İran adı ilə oynayırlar. Bundan sonra onlar milli komandada oyanaya bilməyəcəklər”,- deyə vurğulayıb. Dorsa Derəhşani gənclər arasında 6 qat dünya çempionudu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR