Azərbaycan birinciliyinin seçmə mərhələsində 286 zəka sahibi

29 Yanvar 2017 15:15 Şahmat 587
Azərbaycan birinciliyinin seçmə mərhələsində 286 zəka sahibi

Salyanda Şahmat Federasiyasının təşkilatçılığı ilə şahmat üzrə Azərbaycan birinciliyinin seçmə mərhələsi keçirilir. Sportinfo.az xəbər verir ki, respublikanın müxtəlif şəhər və rayonlarının təmsilçilərinin iştirak etdiyi yarış fevralın 1-də başa çatacaq.

Yarışda 32 şəhər və rayondan 8-16 yaşlı şahmatçılar, ümumilikdə isə 286 nəfər mübarizə aparır. Doqquz turdan ibarət olan mərhələ İsveçrə sistemi üzrə keçirilir. İlk üç yeri tutan şahmatçı mart ayında Bakıda keçiriləcək respublika çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR