Peşəkar karyerasını bərpa edir

14 Avqust 2017 20:12 Şahmat 803
Peşəkar karyerasını bərpa edir

Şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov peşəkar karyerasını bərpa edir. Sportinfo.az xəbər verir ki, 54 yaşlı qrossmeyster bu gün ABŞ-ın Sent-Luis şəhərində təşkil olunacaq “Sinquefield Cup”da iştirak edəcək.

Sürətli şahmat və blits turnirinin təşkilatçıları bunun üçün H.Kasparova “vayld-kart” - xüsusi dəvət göndəriblər. Çünki 12 il əvvəl peşəkar idmandan gedəndən sonra onun təsnifat mərhələsində iştirak etmək imkanı olmayıb.

İlk görüşünü rusiyalı Sergey Karyakinə qarşı keçirəcək təcrübəli qrossmeyster ümumilkdə 9 rəqiblə qarşılaşacaq. 1963-cü ildə Bakıda anadan olan Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat "Oskar"ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub və bir sıra müxalif hərəkatların sıralarına qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i