Azərbaycanlılıar “Beşiktaş”ı Türkiyə çempionu etdi - FOTO

8 Avqust 2017 01:00 Şahmat 807
Azərbaycanlılıar “Beşiktaş”ı Türkiyə çempionu etdi - FOTO

Şahmat üzrə klublararası Türkiyə çempionatı başa çatıb. Sportinfo.az xəbər verir ki, “Beşiktaş” “Dəniz”ə qalib gəlib – 5,5:2,5. Rauf Məmmədov (2680) Yevgeni Nayerlə (Rusiya, 2706), Eltac Səfərli (2641) isə Anton Korobovla (Ukrayna, 2668) heç-heçə edib.

“Panelsan” THY ilə bacarmayıb – 3:5. Nicat Məmmədov (2589) İvan Salqado Lopeslə (İspaniya, 2622) “sülh”ə razılaşıbsa, Vüqar Əsədli (2457) Əmrə Cana (Türkiyə, 2586) qalib gəlib. “Gökçəada” minimal fərqlə “Tarsus”a uduzub – 3,5:4,5.

Nicat Abasov (2577) Mixail Mçledişviliylə (Gürcüstan, 2602), Gülnar Məmmədova (2357) isə Davaademberel Nomin-Ordeneylə (Monqolustan, 2373) xalı yarı bölüb. “Karaman” – “Alyans” duelində qalib müəyyənləşməyib – 4:4. Ülvi Sadıxov (2494) David Anton Qiyarroya (2654) məğlub olub. “Varyant” “Kahramanmaraş”ı 5,5:2,5), “Taş Duvar” isə “Boğaziçi”ni (6,5:1,5) üstələyib.

Dünən sonuncu – 13-cü turun qarşılaşmaları baş tutub. “Beşiktaş” “Taş Duvar”dan güclü olub – 4,5:3,5. Rauf İvan Rozumla (Rusiya, 2573), Eltac Adam Tuxayevlə (Ukrayna, 2558) heç-heçə edib. “Gökçəada” THY-yə uduzub – 2,5:5,5. Gülnar Cemre Betül Yıldızla (Türkiyə, 2326), Nicat Əmrə Canla (Türkiyə, 2586), Qədir Hüseynov (2645) isə İvan Salqado Lopeslə (İspaniya, 2622) xal bölgüsü edib.

“Karaman” “Tarsus”a heç bir şans tanımayıb – 6,5:1,5. Sadıxov Mçledişviliylə “sülh bağlayıb”. “Panelsan” “Dəniz”i yenib – 5:3. Məmmədov Korobovla heç-heçə edib. “Alyans” “Varyant”a (6:2), “Hatay” isə “Kahramanmaraş”a (5:3) qalib gəlib.

Yekun sıralama: 1. Beşiktaş – 21, 2. THY – 20, 3. Hatay – 19, 4. Panelsan – 16, 5. Alyans – 15, 6. Kahramanmaraş – 11, 7. Dəniz – 11, 8. Gökçəada – 10, 9. Karaman – 8, 10. Taş Duvar – 8, 11. Tarsus – 6, 12. Varyant – 6, 13. Boğaziçi – 5.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR