Gülnar Məmmədova çanakkalelilərə qələbə qazandırdı

6 Avqust 2017 17:45 Şahmat 962
Gülnar Məmmədova çanakkalelilərə qələbə qazandırdı

Şahmat üzrə klublararası Türkiyə çempionatı davam edir. Dünən 8-ci turun oyunları keçirilib. “Beşiktaş” “Panelsan”a qalib gəlib – 5,5:2,5. Azərbaycan duelində Rauf Məmmədov (2680) Nicat Məmmədovu (2589) məğlub edibsə, Eltac Səfərli (2641) Göktan Yılmazı (Türkiyə, 2202) məğlub edib. Vüqar Əsədli (2457) isə Tuna Tuncerlə (Türkiyə, 2274) xal bölgüsünə razılaşıb. “Gökçeada” “Boğaziçi”dən güclü olub – 4,5:3,5. Nicat Abasov (2577) Əmrə Dəmirçioğluyla (Türkiyə, 2265) “sülh bağlayıb”. Turun ən gec başa çatan qarşılaşmasında Gülnar Məmmədovanın (2357) Laura Unuku (Sloveniya, 2343) yenməsi Çanakkale təmsilçisinə qələbə qazandırıb. Turun qalan qarşılaşmaları belə nəticələnib: Kahramanmaraş – Taş Duvar 5:3, Alyans – Dəniz 3:5, Varyant – THY 3:5, Hatay – Tarsus 5:3.
Xal durumu: THY – 13, Hatay – 12, Beşiktaş – 11, Panelsan – 10, Kahramanmaraş – 9, Alyans – 8, Gökçeada, Dəniz – 7, Tarsus, Varyant, Karaman, Taş Duvar – 4, Boğaziçi – 3.
Bu gün 9-cu turun partiyaları baş tutacaq: Panelsan – Karaman, Gökçeada – Beşiktaş, Tarsus – Boğaziçi, THY – Hatay, Dəniz – Varyant, Taş Duvar – Alyans.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i