Azərbaycan yığmasının üzvü İsveçrənin Cenevrə şəhərində…

16 İyul 2017 08:26 Şahmat 784
Azərbaycan yığmasının üzvü İsveçrənin Cenevrə şəhərində…

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilmiş FİDE Qran-Prisinin qalibi olub. Sportinfo.az xəbər verir ki, 30 yaşlı qrossmeyster 9 turluq mübarizənin yekununda 6 xal əldə edib.

O, sonuncu turda ağ fiqurlarla ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, digər rusiyalı Aleksandr Qrişuk da hollan Aniş Giri ilə xalı yarı bölüb. Nəticədə Rəcəbov ən yaxın izləyicilərini yarım xal üstələyərək, liderliyini qoruyub.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə 5 xalla 4 - 10-cu yerləri bölüşüb. Rəcəbov 20 min avro, Məmmədyarov isə 11 min avro mükafata sahib olub.

FİDE Qran-Prisi 4 seriyadan ibarətdi. 24 şahmatçı bunların yalnız 3-də çıxış edir. Artıq 3 seriya başa çatıb. Aktivində 340 xal olan Şəhriyar Məmmədyarov 1-ci, 241,43 xala malik Teymur Rəcəbov isə 2-ci pillədə qərarlaşıb. 4-cü seriya 15 - 26 noyabrda İspaniyanın Palma de Malyorka şəhərində təşkil olunacaq.

Məmmədyarov artıq 3 seriyaya qatıldığı üçün sonuncudan kənarda qalacaq. Rəcəbov isə iştirakçılar siyahısında olacaq. Reqlamentə əsasən, 4 seriyalıq FİDE Qran-Prisinin yekununda ilk 2 yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanırlar.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i