Azərbaycanlı əlavə gümüş medala layiq görüldü - göstəricilərə görə

4 İyul 2017 00:46 Şahmat 615
Azərbaycanlı əlavə gümüş medala layiq görüldü - göstəricilərə görə

Azərbaycan qrossmeysteri Azər Mirzəyev Çex Respublikasının Çeske Budeyovitse şəhərində keçirilən beynəlxalq şahmat festivalında 2-ci yer tutub. Sportinfo.az xəbər verir ki, yarışa qatılan 71 iştirakçıdan 8-i qrossmeyster olub.

Festivalın proqramına qrossmeyster balı hesab edilən normada turnir və iki açıq turnir daxil olub. Sonuncu, 9-cu turda qara fiqurlarla oynayan Azər Mirzəyev 5,5 xal toplayaraq yerli şahmatçı Yan Krejçi ilə görüşü heç-heçə qurtarıb.

Ukraynalı Sergey Ovseyeviç və polyak Kasper Drozdovski dairəvi sistemdə keçirilən yarışı eyni göstərici ilə başa vurublar. Azərbaycan qrossmeysteri əlavə göstəricilərə görə gümüş medala layiq görülüb. Qızıl medalı isə Ukrayna təmsilçisi qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR