Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi

26 İyun 2017 18:24 Şahmat 663
Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirildi

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib. Mərkəzdən Sportinfo.az-a verilən məlumata görə, turnirdə 5-16 yaşlı şahmatçılar iştirak edib. İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb.

Yarışa beynəlxalq dərəcəli hakim Ülkər Umudova və "Ağ At" şahmat klubunun müəllimləri nəzarət edib. Turnirin qalibləri: 1-ci yer Kanlı Alperen, 2-ci yer İzzət Quliyev, 3-cü yer İsmayıl Qurbanov. Qaliblər sertifikat və medallarla təltif olunub. Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidi.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i