Avropa çempionatı Azərbaycan yığması üçün uğursuz başa çatdı

13 İyun 2017 00:40 Şahmat 691
Avropa çempionatı Azərbaycan yığması üçün uğursuz başa çatdı

Belarusun paytaxtı Minskdə təşkil olunan şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb. Sportinfo.az xəbər verir ki, Arkadi Naydiç (2700) Mattias Blubauma (Almaniya, 2632), Rauf Məmmədov (2689) Vitali Kuninə (Almaniya, 2551), Kənan Qarayev (2236) İlya İlyuşenoka (Rusiya, 2489), Rəvan Əliyev (2252) isə Georq Froevisə (Avstriya, 2432) uduzub. Nicat Abasov (2575) Aleksandr Şimanovla (Rusiya, 2642), Eltac Səfərli (2668) Tamaz Gelaşviliylə (Gürcüstan, 2563), Orxan Abdulov (2388) Sergey Qriqoryantsla (Rusiya, 2576), Nərmin Xələfova (2237) Vilka Sipilayla (Finlandiya, 2415) heç-heçə edib.

Son turda yalnız Vüqar Əsədli (2439) Dan Poleqə (İsrail, 2241) qalib gəlib. Beləliklə, 400-ə yaxın şahmatçının mübarizə apardığı qitə birinciliyində heç bir təmsilçimiz ilk “40-lıq”da yer almayıb. Naydiç 7 xalla 41-ci yeri tutub. Onunla eyni xal toplayan Abasov ilk “50-liy”i qapayıb.

Üç şahmatçımız hesabına 6,5 xal yazıb. Əlavə göstəricilərə görə Məmmədov 83-cü, Abdulov 111-ci, Səfərli 117-ci pillədə qərarlaşıb. Vüqar və Kənanın gücü 5 xala çatıb. Əsədli 235-ci, Qarayev 255-ci olub. Nəhayət, 4,5 xal toplayan təmsilçilərimizdən Əliyev 295-ci, Xələfova isə 301-ci sırayla kifayətlənib.

Orxan (13,1), Kənan (28,8) və Abasov (10,7) məsul yarışı müsbət saldoyla başa vursa da, digər şahmatçılarımızın - Arkadi (-0,1), Vüqar (-2), Rəvan (-2), Rauf (-9,1) Nərmin (-13) və Eltacın (-15,3) əmsalı azalıb.

Şahmatdan söz düşmüşkən, yığmamızın lideri Şəhriyar Məmmədyarov Bakıdakı Böyük Britaniya kollecində olub. Milli üzvü tələbələrlə görüşərək, 50 lövhədə seans verib. Sonda Məmmədyarov gənclərlə xatirə şəkli çəkdirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR