Dünyada bu sahənin 5 oğlanından biri azərbaycanlıdı!

31 May 2017 17:24 Şahmat 890
Dünyada bu sahənin 5 oğlanından biri azərbaycanlıdı!

FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb. Sportinfo.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5-ci pilləyə yüksəlib. O, ölkə tarixində ilk dəfə 2800 reytinq xalı əldə edib.

Hazırda Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsen (2832), ABŞ təmsilçisi Uesli So (2812), rusiyalı Vladimir Kramnik (2808) və daha bir amerikalı Fabiano Karuanadan (2805) geri qalır.

Əvəzində 32 yaşlı şahmatçı ermənistanlı Levon Aronyan (2793) və hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand (2786) kimi tanınmış şahmatçıları qabaqlayır. Azərbaycanın digər təmsilçilərindən Teymur Rəcəbov 2724 xalla 28-ci, Arkadi Naydiç 2710 xalla 37-ci, Rauf Məmmədov 2689 xalla 58-ci, Eltac Səfərli isə 2656 xalla 97-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i