Şəhriyar Məmmədyarov dünya Qran Prisində vahid liderdi

25 May 2017 11:24 Şahmat 712
Şəhriyar Məmmədyarov dünya Qran Prisində vahid liderdi

Şəhriyar Məmmədyarov dünya Qran Pri yarışmasının 2 mərhələsindən sonra vahid liderdi. Sportinfo.az xəbər verir ki, o, Moskvada baş tutan 2-ci mərhələdə də BƏƏ-də olduğu kimi, 140 xal topladı. Məmmədyarov Rusiya paytaxtında Çin qrossmeysteri Dinq Lirendən yarım xal geri qalaraq, 5,5 xalla 2-ci oldu.

İndi Şəhriyarın şahmat tacı uğrunda iddiaçıların turnirinə qatılmaq üçün əla şansı yaranıb. Aktivində 280 xal olan həmyerlimiz hazırda ən yaxın izləyicisi Dinq Lireni 40 xal arxada qoyur. Rusiyalı Aleksandr Qrişşuk və fransalı Maksim Vaşye-Lqaravın aktivində 211,5 xal var. Böyük ehtimalla iddiaçıların turnirinə vəsiqələr uğrunda əsas mübarizə bu kvartet arasında da gedəcək.

Ümumilikdə 4 mərhələni əhatə edən Qran Pridə 24 şahmatçı mübarizə aparır və hər birinin bu yarışların 3-də çıxış etmək hüququ var. Şəhriyarın yekun cədvəldə ilk 2 pillədən birini tutmaq şansları olduqca yüksəkdi. Məmmədyarov buna nail olsa, Maqnus Karlsenə “əlcək atmaq” uğrunda döyüşəcək 8 şahmatçıdan biri olacaq. Ancaq bunun üçün Qran Prinin daha bir mərhələsində uğurlu çıxış etmək və liderlər qrupunda qərarlaşmaq lazımdı.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i