"Sumqayıt" 2800 xal həddini keçən ilk azərbaycanlını unutmadı

20 May 2017 13:24 Şahmat 761
"Sumqayıt" 2800 xal həddini keçən ilk azərbaycanlını unutmadı

Şəhriyar Məmmədyarov tarixi nailiyyət əldə edib. Sportinfo.az xəbər verir ki, adıçəkilən qrossmeyster dünya şahmatçılarının reytinq cədvəlində 2800 xal həddini keçən ilk azərbaycanlı olub. "Sumqayıt" Məmmədyarovu qazanılan tarixi uğur münasibəti ilə təbrik edir, ona karyerasında müvəffəqiyyətlər arzu edir.

Şəhriyar bu günlərdə FİDE-nin Qran-prisində iştirak edir. Yarışın dördüncü turunda şahmatçımız ərəb qrossmeysteri Saleh Sələmi məğlub edərək xallarının sayını 2801-ə çatdırıb. Şəhriyar Məmmədyarov bu göstərici ilə yalnız Maqnus Karlsen, Uesli So, Vladimir Kramnik və Fabiano Karuanadan geridə qalır.

Məmmədyarov 12 aprel 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O Sumqayıtda 23 №-li məktəbi bitirdikdən sonra peşəkar şahmatçı karyerasına başlayıb. Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç Beynəlxalq qrossmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı - Zeynəb Məmmədyarova və kiçik bacısı - Türkan Məmmədyarova.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR