"Planda olsaydım, qalardım"

1 İyul 2020 18:20 Sabah 897
"Planda olsaydım, qalardım"

"Futbolda belə şeylər olur: müqavilən başa çatır və komandadan ayrılırsan".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"dan ayrılan Rəşad Eyubov deyib.

28 yaşlı yarımmüdafiəçi klubdan ayrılma səbəbini bilmədiyini sözlərinə əlavə edib. Eyubov baş məşqçi Jelko Sopiçin planlarına daxil olmadığını ehtimal edib: "Planda olsaydım, komandada qalardım".

Yarımmüdafiəçi hazırda bir neçə təklifinin olduğunu etiraf etsə də, onları açıqlamaq istəməyib: "Tələsmək istəmirəm. Çünki hələ vaxt var. Yəqin ki, bir həftə və ya 10 gün fasilə götürəcəyəm ki, yaxşı fikirləşim. Ondan sonra karyeramla bağlı qərar verəcəm" (report).

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu