"Sabah"dan yeni sürpriz – 3 nəfərə 100 manat və televizor

28 Noyabr 2019 19:25 Sabah 1 278
"Sabah"dan yeni sürpriz – 3 nəfərə 100 manat və televizor

"Sabah" Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ"la keçiriləcək oyunda yeniliyə imza atacaq. Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi 4 azarkeşi əliboş göndərməyəcək.

Belə ki, oyunu "Bank Respublika Arena"da izləyənlər arasında 3 nəfər titul sponsoru olan Bank Respublikadan 100 manat qazancaq, 1 nəfər isə akademiyanın sponsoru Maxi.az-dan televizor əldə edəcək.

Dekabrın 2-də keçiriləcək "Sabah" - "Qarabağ" qarşılaşması saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti