“Sabah”ın yeni baş məşqçisi komandaya təqdim olundu - FOTOLAR

26 Noyabr 2019 19:12 Sabah 1 093
“Sabah”ın yeni baş məşqçisi komandaya təqdim olundu - FOTOLAR

“Sabah”ın yeni baş məşqçisi Jelko Sopiç bu gün futbolçulara təqdim edilib.

Sportinfo.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan görüşdə yeni baş məşqçi ilə yanaşı, onun köməkçisi Marko Lozo da futbolçularla tanış olub.

Xorvatiyalı mütəxəssis “Sabah”la 1,5 illik müqavilə bağlayıb. O, məşqçi karyerasına Zaqrebin “Lokomotiva” klubunda (2011/12) başlayıb.

Bu klubda köməkçi məşqçi kimi çalışmış Sopiç daha sonra Xorvatiyanın “Rudes” (2012/15) və “Dinamo Zaqreb B” (2015/16) klublarında baş məşqçi, “Dinamo Zaqreb”in əsas komandasında (2016/17), Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunda (2017/18) köməkçi məşqçi, “Əl-Əyn”in U-21 komandasında (2018/19) baş məşqçi vəzifəsində çalışıb.

2016/17 mövsümündə 1 ay Zaqreb “Dinamo”unda, 2018/19 mövsümündə isə 3 oyunda “Əl-Əyn”də baş məşqçi funksiyasını yerinə yetirib. “Əl-Əyn”lə BƏƏ çempionluğunu və “Prezident kuboku”nu qazanıb (2017/18). Bu klubun U-21 komandası ilə ölkə çempionu olub (2018/19).

Digər Xəbərlər
Xəbər Lenti