Ponomaryov komanda ilə vidalaşdı... - Gözləri doldu

26 Noyabr 2019 18:16 Sabah 1 073
Ponomaryov komanda ilə vidalaşdı... - Gözləri doldu

Jelko Sopiç "Sabah"ın baş məşqçisi təyin olunduqdan sonra İqor Ponomaryov yenidən Müşahidə Şurasında fəaliyyətini davam etdirəcək.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi səlahiyyətlərini yerinə yetirmiş 1988-ci ilin Olimpiya çempionu bu gün səhər məşqindən öncə futbolçularla görüşüb.

“Sabah”ın Müşahidə Şurasının üzvü olan təcrübəli mütəxəssis futbolçulara və yeni baş məşqçiyə uğurlar arzulayıb.

Ponomaryov bu ilin sentyabrından “Sabah”a müvəqqəti baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında 7 oyunda 11 xal toplayıb (3 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!