“Sabah” pul istəmir, istedadın olsun, yetər! - VİDEO

23 Noyabr 2019 19:31 Sabah 1 213
“Sabah” pul istəmir, istedadın olsun, yetər! - VİDEO

“Sabah” Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayır. Sportinfo.az xəbər verir ki, ilk səfər Aran bölgəsinə olacaq.

Akademiyanın rəsmi sponsoru “maxi.az”la tərəfdaşlıq çərçivəsində məşqçi heyəti noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonunda seleksiya xarakterli məşqlər keçəcəklər.

Seçimlər aşağıda göstərilən məkanlarda və saatda, 2001, 2002, 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlülər arasında keçiriləcək:

“Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda da davam edəcək. İTV bununla bağlı klubun düşərgəsindən sujet hazırlayıb.

Akademiyanın koordinatoru Adino Mustedanaqiç kanala bildirib ki, əsas məqsəd istedadlı uşaqları üzə çıxarmaq və onları "Sabah"ın oyun modelinə uyğunlaşdırmaqdır.

Xorvatiyalı mütəxəssis deyib ki, seçimlərdə fərqlənənlər pul ödəmədən akademiyaya qəbul ediləcək, yerləşmək, qidalanmaq və təhsillə bağlı məsələləri həllini tapacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!