Millimizin üzvü "Sanderlend"in qışda ilk transferi ola bilər - BRİTANİYA MƏTBUATI

23 Noyabr 2019 14:45 Sabah 1 280
Millimizin üzvü "Sanderlend"in qışda ilk transferi ola bilər - BRİTANİYA MƏTBUATI

"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə qış fasiləsində "Sanderlənd"ə keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. "Chroniclelive.co.uk" saytının yazdığına görə, "qara pişiklər"in qış "transfer pəncərəsi"ndə heyətinə qatacağı ilk futbolçu məhz millimizin üzvü ola bilər.

Xəbərdə bildirilir ki, hazırda komandanın baş məşqçisi Fil Parkinsonun sərəncamında 4 mərkəz müdafiəçisi olsa da, onlardan yalnız biri - Cordan Uillisin müqaviləsi mövsümün sonuna qədərdir.

Britaniyalı həmkarlarımız Bəhlulun millinin düşərgəsində olarkən verdiyi müsahibə zamanı ölkə xaricində oynamaq istəməsi ilə bağlı səsləndirdiyi fikirlərə də yer verib. "Sabah"ın bu transferə görə İngiltərə klubundan çox pul istəməyəcəyi ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"